Əjdər Yunus Rza

Əjdər Yunus Rza, (Yunusov Əjdər Hümbətalı oğlu)1952-ci ildə Cəbrayıl rayonunun Xələfli kəndində Çoban ailəsində anadan olub, 1977-də ADPİ tarix fakültəsini  Fərqlənmə diplomu ilə bitirib, 1978-1995- ci illərdə həmin İnstitutda müəllim, baş müəllim işləyib, 1987-ci ildə tarix elmləri namizədi elmi adını alıb,  1995-2012-c- illərdə Azərbaycan DİN -in Polis Akademiyasında «İctimai elmlər» kafedrasının rəsi vəzifəsini daşıyıb, 2012-də təqaütə çıxıb, istefada olan polis polkovnikidir. Hazırda Bakı Avrasiya Universitetinin dosentidir. Azərbaycan Yazıçlar Birliyinin üzvüdür, 14 şeir kitabının, o cümlədən, «Haray dağlar», «Taleyimin qisməti», «Niyə Açdın ay bənövşə», «Mən belə dünyanı istəməmişdim», «Dərdim iki taylıdır» və s.müəllifidir.

Son
 ÖPÜRƏM
Vuran əllərini sıxıb, çəkib sinəmə mən,
Yağını nişan alan gözündən öpürəm.
Düşməni çökdürməmiş geri dönməyəcəm,
Vətənimə verdiyin sözündən öpürəm.
Önündə baş əyirəm müzəffər ordumun,
Yağıya qan ağladan məğrur Boz Qurdumun.
Şəhidlərin qanıyla gül açmış Yurdumun,
Qayasından, daşından, düzündən öpürəm.
Bəxş edin, bu millətə sevinci doyuncan,
Dayanma, yağılarn gözlərin oyuncan!
Sənin o addım-addım Qarabağ boyunca,
Saldığın cığırından, izindən öpürəm.
Açılsın qaş-qabağı Ziyarət dağımın,
Yollardan yığılsın qoy, gözləri torpağımın.
Kəndimdə qaldırdığın o al bayrağımınn,
Üç rəngli, ay-yıldızlı üzündən öpürəm.
01—11-2020
YAYACAĞAM
Götürüb qələmi, söz yarağımı,
Şumlayıb əkəcəm ağ varağımı.
Qələbə müjdəsi, şad sorağımı,
Bütün yer üzünə yayacağam mən.
Baxmaram borandı, dumandı, çəndi,
Ötüb keçəcəyəm bərəni, bəndi.
Ziyarət eyləyib yol boyu kəndi,
Hər gecə birində uyacağam mən.
Gəzib çöllərimi, bağı-baxarı,
Əlimlə dərəcəm o ilk nübarı.
Deyir, Xan Kəhrizin batıb axarı,
Kankan olub gözün oyacağam mən.
Qalxıb Cəbrayıldan bir az yuxarı,
Üzü Xələfliyə, Siriyə sarı…
Ziyarət dağından götürüb qarı,
Yanan ürəyimə qoyacağam mən.
Bəlkə əriyə bir illərin qəmi,
Çevrilə zil ola könlümün bəmi.
Çayların səsindən götürüb dəmi,
Sazımın tellərin sayacağam mən.
20-10-2020
ORDUM
Xocalıda neçə-neçə günahsız qurbanların,
Qisasını hünərlə, qeyrətlə alan, ordum.
Bir şəhidin yerinə on minlərlə “yan”ların,
Soysuz soylarını dəryazla çalan, ordum.
Təbriklər,komandanım, qisas yerdə qalmadı,
Ümidimiz gül açdı, çiçəkləndi, solmadı.
Silindi üstümüzdən utancaq köçkün adı,
Hər gündə bir şəhəri, on kəndi alan, ordum.
Şəhidlər qanyla gülləndi torpağımız.
Qayıtdı başımıza o itən papağımız.
Yüksəld Şuşamızda üç rəngli bayrağımız,
Düşmənin bayrağını qılıncla salan, ordum.
Əjdərəm, saz götürüb meydanlarda coşacam,
Ömrümdən silib atıb o yurdsuz illərimi,
Qayıdıb yurdumdakı yaşıma qovuşacam.
Hələ gör neçə-necə şeir, dastan qoşacam,
Qazandığın zəfərlə ilhamım olan, ordum.
07-11-2020
QOVUŞACAĞAM
Vüsalla hicranın arasındayam,
Tezliklə vüsala qovuşacağam.
Eşib kül altından götürüb qoru,
Yurdumda təzədən alışacağam.
Darayıb söyüdün həsrət saçını,
Qılacam könlümün dərd əlacını.
İllərlə çəkdiyim ağrı, acını,
Dağıma, daşıma danışacağam.
Atdım dözümümü, atdım səbrimi,
Sildim taleyimdən,Əjdər, cəbrimi
Özüm öz əlimlə qazıb qəbrimi,
Yurdumda torpağa qarışacağam.
4 oktyabr 2020
YAZ, ƏSGƏR
Şad xəbərin xəbər gəlir dalıncan,
Xankəndini, Can Şuşanı alıncan,
Dayanma sən, son zəfəri çalıncan,
Tariximə yeni tarix yaz, əsgər.
Dığaların soy kökünü qaz, əsgər!
Yurdsuz illər ürəyimə xal salıb,
Məni dərdə o yurdsuzluq hal salıb.
Nə müddətdr boran alıb, qar alb,
Dağlarıma gətir bahar, yaz, əsgər,
Tariximə yeni tarix yaz, əsgər.
Bu da yeni bir taledir, bir baxdı,
Yad əllərdən xilas olar xan taxtı.
Cıdır düzü həsrət qalıb nə vaxtdı,
Dinsin kaman, ötüşsün tar, saz, əsgər.
Tariximə yeni tarix yaz, əsgər.
Qanadlanıb könlüm yurda uçmağa,
Alaq basmış cığırları açmağa.
Az qlıbdır, Qarabağı qucmağa,
Tariximdə belə zəfər az, əsgər,
Tariximə yeni tarix yaz, əsgər.
15-10-2020
ORDUM
Diridağdan aşıb keçən,
Yağıları bir-bir biçən,
Canın alb, qanın içən,
Şimşək kimi çaxan ordum.
Bir tarixi zəfər çaldın,
Qisasımı min qat aldın.
Quzeyimdə cığır saldın,
Güneyimə baxan ordum.
Tut verdiyin sözlərini,
Oy dığanın gözlərini.
Yurda düşmüş izlərini,
Yandırıban yaxan ordum.
Araz çayım coşub, daşır,
O tay, bu tay quçaqlaşır.
Yağılar baxıb alışır,
Xudafərin körpüsünə,
Bayrağımı taxan ordum.
18-10-2020
ORDUM
 Varlığım da sən, qüdrətim də sən,
Namusum, arım sən, qeyrətim də sən,
tarixlərdən gələn heyrətim də sən,
Sənə arxalanır, inanır yurdum.
Sənin hünərinə min alqış, ordum.
Azadlır ordumsan, xilaskarımsan,
Güvənc yerimsən sən, darda karımsan.
Nə yaxşı, nə yaxşı, şükür varımsan,
Aman verməyursən yağıya, Qurdum.
Sənin hünərinə min alqış, ordum.
Sən dönüb şimşəyə alışdın, çaxdın,
Bir anda düşməni yandırıb, yaxdın.
Həsrət körpüsünə bayrağı taxtın,
O taylı, bu taylı nurlanır yurdum.
Sənin hünərinə min alqış, ordum.
VƏTƏN ƏMR EYLƏYİB
Hər qayanın, hər daşın qisasını al,əsgər,
Hər addımın, hər qarışın qisaını al,əsgər,
Şəhid olan yoldaşın qisasını qisasını al,əsgər,
Yazılsın tariximə bi zəfər ayı, ili.
Vətən əmr eyləyib, dayanma,cum irəli!
Bu anı, bu fürsəti verməyin əsla bada,
Xocalının qisasını salınız hər an yada.
Yağılara göztərin məhşəri bu dünyada,
Qır, boğsun özlərini mənfurların qan seli.
Vətən əmr eyləyib, dayanma,cum irəli!
İnanıram, uzaq deyil qələbənin sorağı,
Ucalacaq kəndbəgənd Vətənimin bayrağı.
Azərbaycan qoynuna alacaq Qarabağı.
Əsəcək dağlarımdan azadlıq bahar yeli.
Vətən əmr eyləyib, dayanma,cum irəli!
02-10-2020
 QOVUŞACAĞAM
(Cəbrayılım işğaldan azad olan günü…)
Vüsalla hicranın arasındayam,
Tezliklə vüsala qovuşacağam.
Eşib kül altından götürüb qoru,
Yurdumda təzədən alışacağam.
Darayıb söyüdün həsrət saçını,
Qılacam könlümün dərd əlacını.
İllərlə çəkdiyim ağrı,acını,
Dağıma, daşıma danışacağam.
Atdım dözümümü, atdım səbrimi,
Sildim taleyimdən, Əjdər,cəbrimi.
Özüm öz əlimlə qazıb qəbrimi,
Yurdumda torpağa qarışacağam..
04-10-2020
 YAZ, ƏSGƏR
Şad xəbərin xəbər gəlir dalıncan,
Xankəndini, Can Şuşanı alıncan,
Dayanma sən, son zəfəri çalıncan,
Tariximə yeni tarix yaz, əsgər.
Dığaların soy kökünü qaz, əsgər!
Yurdsuz illər ürəyimə xal salıb,
Məni dərdə o yurdsuzluq hal salıb.
Nə müddətdr boran alıb, qar alb,
Dağlarıma gətir bahar, yaz, əsgər,
Tariximə yeni tarix yaz, əsgər.
Bu da yeni bir taledir, bir baxdı,
Yad əllərdən xilas olar Xan taxtı.
Cıdır düzü həsrət qalıb nə vaxtdı,
Dinsin kaman, ötüşsün tar, saz, əsgər.
Tariximə yeni tarix yaz, əsgər.
Qanadlanıb könlüm yurda uçmağa,
Alaq basmış cığırları açmağa.
Az qlıbdır, Qarabağı qucmağa,
Tariximdə belə zəfər az, əsgər,
Tariximə yeni tarix yaz, əsgər.
15-10-2020
YURDSUZ-YUVASIZ DEYİLƏM DAHA
Mən yurdsuz-yuvasız deyiləm daha,
Mənim də, öz kəndim, öz şəhərim var.
Zülmət gecələrin bağrını yarıb,
Doğulan Günəşli al səhərim var.
Mənim də, öz kəndim, öz şəhərim var.
Mənim də yerim var çıxıb getməyə,
Hər daşa pir deyib üzüm sürtməyə…
Dostum, tanışımı dəvət etməyə,
Dağım var, bağım var, bal — bəhərim var.
Mənim də, öz kəndim, öz şəhərim var.
Gedirəm, düşmüşəm yolun ağına,
Qovuşam ömrümün yurdlu çağına.
Çıxam birnəfəsə Xələfdağına,
Qışqıram:- mənim də, cənnət yerim var.
Mənim də, öz kəndim, öz şəhərim var.
Bu yanda Gördubabam, o yanda Teyim,
Yüyürəm, yıxılam kəsilə heyim…
Söz tapa bilmirəm, vallah, nə deyim,
Hələ yazılmamış çox şeirim var.
Mənim də, öz kəndim, öz şəhərim var.
4-10-2020
MƏN GEDİRƏM KƏNDİMƏ
Üzdü bizi qürbət eldə ay, illər,
Ağı deyib qabar oldu ha dillər.
Zaman gəlib, vədə çatıb, ay ellər,
Dözəmmirəm, mən gedirəm kəndimə…
Mən gedirəm dam-daşımı qucmağa,
Şimşək kimi dağlarımda çaxmağa.
Pas bağlamış qıfılları açmağa,
Dözəmmirəm, mən gedirəm kəndimə
İtirdiyim uşaqlığım ordadır,
İgidliyim, qoçaqlığım ordadır.
Məzar gəzən qocalığım dardadır,
Dözəmmirəm, mən gedirəm kəndimə
Köçkün ada axı layiq deyildik,
Üzə gülüb, arxamızcan söyüldük.
Yetər daha, bu yük altda əyildik,
Dözəmmirəm, mən gedirəm kəndimə
Dizin-dizin sürünəcəm cığırın,
Ot əncərdən eyləcəm sarığın.
Nə lazımsa yığıb, tutub yarağın,
Dözəmmirəm, mən gedirəm kəndimə
26-09-2020
YETİŞİB ZAMAN
«Eşitsin ana torpq, qoy bisin Vətən,
Müsallah əsgərəm mən də, bu gündən.»
Keçirib düşməni bir-bir süngüdən,
Qələbə çalmamış dönmərəm geri,
Qoymaram taptaqda bir qarış yerı.
Dediyim an gəlib, yetişib zaman,
Artır ümidimiz, gül açır güman.
Bir daha düşmənə vermərik aman,
O vaxtkı döyüşdən olmayacaqdır,
Yurdumda bir dığa qalmayacaqdır.
Otuz il gözlədik, otuz il dözdük,
Çıxış yollarını aradıq, gəzdik…
Düşmən deməsin ki, yorulub bezdik,
Təzədən meydana giririk indi.
Kimin kimliyini görərik indi.
Bizi tək gördülər, təkləndik onda,
Boğuldu elimiz, obamız qanda.
Türküm ki, özünü yetirdi sonda,
Şuşadan yad bayraq salınacaqdır.
Xocalnın qisası alınacaqdır.
Oğullar yazılır döyüşmək üçün,
Bir şəhid yerinə mini var bu gün.
Tezliklə bu dünya görəcək gücün,
Düşmən cəbhəsini yaran ordumun,
Yağının boynunu qıran ordumun.
22-09-2020
GƏLİRƏM, QURBAN OLMAĞA
Xəyalım qanadlanıb uçdu yenə yurda sarı,
Uçdu ki, dolansın o gəzdiyim dolayları.
İyirmi altı il ötdü yurdumuzdan aralı
Noolardı, Alahım, yazmayaydın ömrə barı.
Düşüb xəyalımın arxasınca, dalınca mən də,
Baş götürüb elə sabah gedəcəyəm o kəndə.
O kəndə ki, o kənddə babam yatır, nənəm yatır,
Ayaq altda taptanıb namus, qeytət, abır batır
Neçə il BMT-yə ,”Minski”yə güvəndim,
Tilsimə düşdü yolum, bağlandı hər bərəm-bəndim.
Sındırıb tilsimləri, dağıdıb mən bənd-bərni,
Gəlirəm, aç qolunu sal boynuma əsir kəndim.
Gəlirəm, qısasımı yağılardan bil, almağa,
Yağıların bayrağını dağlarımdan salmağa.
Sən bizə qurban getdtin, sən ey qurbanlıq diyarım,
Qəbul et, gəlirəm ki, mən sənə qurban olmağa…
 31-08-2019
KƏNDİM
Sənsiz aylar, illər keçib,
Toparlanıb gələnəcən.
Görüşünə tələsirəm,
Yoxsa qalar nisgillərim,
Ürəyimdə ölənəcən .
Siqarıma qəm bükmüşəm,
Gizlin, aşkar yaş tökmüşəm.
Neçə ildir tək çəkmişəm,
Dərdi sənlə bölənəcən.
Şükür, kəndim, sönməmişəm,
Səndən bir gün dönməmişəm…
Gülmək nədir bilməmişəm,
Bu günlərdə gülənəcən.
23-11-2020
BİR YANDA PAKİSTANIM, BİR YANDA TÜRKİYƏMİZ
Əldə silah, dildə Quran, millət belə millət olar,
Düşməninin boynun buran, millət belə qisas alar.
Arxasında qardaş duran, millət belə zəfər çalar,
Ən başdan oldu dayaq, mənəvi köməyimiz,
Bir yanda Pakistanım, bir yanda Türkiyəmiz.
Pələng oldu, şirə döndü qələbənin həvəsinə,
Yeni tarix yazdı ordum tariximin səhvəsinə.
Dar gündə arxa durdu, səsin qatdı haqq səsinə,
Yersiz olar, qardaşlıqdan başqa cürə deməyimiz,
Bir yanda Pakistanım, bir yanda Türkiyəmiz.
Çiynimizdən namus yükün bir dəfəlik bil, atmışıq,
Bayraq taxıb Şuşamıza, məqsədlərə bax, çatmışıq.
Otuz ilin yarasını qıx dörd günə sağaltmışıq,
Çiçək açmış neçə-neçə don vurmuş diləyimiz.
Bir yanda Pakistanım, bir yanda Türkiyəmiz.
Sevinc yaşı selə döndü, gözümüzdən gedir kədər,
Göylərə dəyir başımız- Ağrıdağ, Savalan qədər.
Şükür, İllahi, min şükür, itmədi, getmədi hədər,
Kənbəkənd, şəhərbəşəhər o çəkilən əməyimiz…
Bir yanda Pakistanım, bir yanda Türkiyəmiz.
Bu güc, birlik, qüdrət ilə Turana yol açılacaq,
Hilal üzlü bayraqlardan dünyaya nur saçılacaq.
Haqq nazilər üzülməz heç, Yer üzü nurlanacaq,
Haqqımızdır, fəxr eləyib türkçülüyü öyməyimiz.
Bir yanda Pakistanım, bir yanda Türkiyəmiz.
08-11-2020
ÖZÜMÖ XİTABƏN
Qarışıbdır yerim, göyüm,
Nəyim var ki, özüm öyüm…
İllər ilə o gördüyüm,
Cəbir neçəyədir, Əjdər?
Qələmimə yatmır sözüm,
Kül altında qorum, közüm.
Dəyərindən düşüb dözüm,
Səbir neçəyədir, Əjdər?
Ay dolandı, Günəş batdı,
Yatan durdu, oyaq yatdı.
Ömür gəlib gora çatdı,
Qəbir neçəyədir, Əjdər?
ƏMANƏT
Bəlkə, qalmadım heç, yurda dönməyə,
Ay ellər, o doğma yerim əmanət.
Qürbətdə qazılan mənimki deyil,
Yurdda qazılmamış qəbrim əmanət.
Nə dostu qınadım, nə də ki, yadı,
Bu dünya mənimçün bir yad dünyadı.
Itib gedib daha çox şeyin dadı,
O vaxtkı xeyirim, şərim əmanət.
Vəli bulağının suyun içəndə,
Çiçəkli quzeydən ötüb keçəndə,
Dəryazı götürüb yonca biçəndə,
Mənim o boş qalan vərim əmanət.
Çətin böhrə verə, kokdən laxlayan,
Şamsız qalar yada, ümid bağlayan…
Məni otuz ildir tutub saxlayan,
Demərəm, ay Əjdər, səbrim əmanət.
06-05-2020
VERMƏYƏCƏYƏM
Tay-tuşun gedibdir, niyə qalmışam,
Sorurlar, ya ciddi, ya zarafata.
Deyirəm:-Allahdan möhlət almşam,
Yurduma dönməyə ömürüm çata.
De, hara gedim mən, səmtimi göstər,
Yurdumun, yuvamın yolları bağlı.
Bədənim don vurmuş qayadan betər,
Ruhum da içimdə qolları bağlı.
Nə qədər yurduma dönməmişəm mən,
Qərib bir məzara girməyəcəyəm.
Qarşımda çökməmiş sonuncu düşmən,
Mən canı əcələ verməyəcəyəm.
03—5-2020

Добавить комментарий


Срок проверки reCAPTCHA истек. Перезагрузите страницу.