Faiq Ələkbərov: Azərbaycan ziyalısı səssiz qaldıqca…

AMEA Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, Dos., Dr. Faiq Ələkbərov
Hər gün, hər an düşünürəm ki, Azərbaycanda müəllimlərə, alimlərə, ziyalılara kim(lər) və nə vaxt sahib çıxacaq?! Bunu, hələlik bilmirəm. Amma bildiyim odur ki, nə zamana qədər müəllimlərə, alimlərə, ziyalılara lazım olan dəyər verilməyəcək, onlara məmurlar, biznesmenlər, şoumenlər yuxarıdan aşağı baxacaq Azərbaycan cəmiyyəti həmişə başqa cəmiyyətlərin arxasınca sürünəcək. Bir cəmiyyətin siması onun müəllimlərinə, ziyalılarına, alimlərinə münasibətiylə dəyərləndirilir. Azərbaycanda isə müəllimə, alimə, ziyalıya demək olar ki, nə maddi, nə də mənəvi baxımdan dəyər verilmir. Azərbaycan telekanllarının əksəriyyəti də bilərəkdən müəllimləri, ziyalıları və alimləri gözdən salırlar. Bəzən onları da qınaya bilmirik, çünki dövlət səviyyəsində müəllim və alimlər lazımınca dəyərləndirilmədiyi üçün həmin telekanllar da bundan sui-istifadə edirlər. Belə ki, Azərbaycan telekanalları müəllim, alim, ziyalı adına layiq olmayanları, amma bu adı üzərində gəzdirənləri tok-şoulara dəvət edərək təhqiredici üsullara əl atırlar. Məncə, bunu kimlərsə bilərəkdən təşkil edirlər. Azərbaycan ziyalısı, müəllimi səssiz qaldıqca bu cür xoşagəlməz hallar daha da artacaqdır. 
Hər halda bu günün “qəhrəmanlar”ı idmançılar, artistlər, təlxəklərdir. Azərbaycan telekanalları da bu məntiqə uyğun olaraq səhərdən-axşama ya tok-şou, ya da idman verlişləri verir, onların “qəhrəmanlıq”larından bəhs edirlər. Çünki onlarca da, dövlətin əsas diqqəti idmana və tok-şouya yönəlib, elm və təhsilə, tibbə yox! Amma unutmamlıyıq ki, istənilən cəmiyyətin təməlində idmançılar, şoumenlər, artistilər, təlxəklər deyil, müəllimlər, ziyalılar və alimlər dayanır. Təbii ki, idmançılarımızın uğuru da bizim uğrumuzdur. Ancaq idmançılara və digər peşə sahiblərinə ilk növbədə bilik, ruh verən ziyalılar, ailmlər və müəllimlərdir.
Mən bir daha bildirirəm ki, bu gün Azərbaycanda müəllimlərə, elm adamlarına və ziyalılara münasibət həddən artıq dözülməz səviyyədədir. Onlardan hansısa məmurlar yalnız məddahlıq, yaltaqlıq üçün istifadə edirlər ki, bu yolverilməzdir. Alim, müəllim, ziyalı dediyin cəmiyyətin güzgüsü olmalıdır, əyrisi yox.
Məsələn, son zamanlar mediada bir neçə ali məktəbdə (BDU, ADİU) müəllimlərin əmək haqqının artılmasıyla bağlı məlumatlar verildi. Həmin bilgilərə inansaq adı çəkilən ali məktəblərdə baş müəllimlər 650 dollar, dosentlər 850 dollar, professorlar 1000-1100 dollar və s. maaş alacaqlar. Amma burada obyektivliyin olması heç inandırcı deyil. Çünki həmin universitetler dövlət ali məktəbləridir. Necə ola bilər ki, bir neçə unversitetdə maaşlar yuxarı, digərlərində aşağı olsun, amma dövlət tərəfindən bu tənzimlənməsin! Belə çıxır ki, dövlət universitetləri və onların müəllimləri arasında hansısa fərqlər var. Bizim bilmədiyimiz həmin fərqlərə görə də, bir universitetdə dosent 450 dollar, digərində 850 dollar maaş alır. Bu baxımdan BDU, ADİU kimi universitetlərin hansı əsaslara görə maaşları atrırdığı halda, digərlərinin həmin əsaslara görə artırmaması anlaşılan deyildir. Amma əvəzində yaltaqlıq və məddahlıq nə qədər istəsəniz…
Əlbəttə, Azərbaycan təhsil və elmində bizləri rahatsız edən belə məqamlar çoxdur. Çünki bu vahid şəkildə tənzimlənmir, yəni təhsil qanununun icrası qeyri-müəyyən olaraq qalır. Azərbaycan müəllimlərinin xeyli bir qismi də mütiliyi qəbul etdiklərinə görə nəyin dogru, nəyin yanlış olmasını öz aralarında yalnız danışırlar. Azərbaycan müəllimlərinin səsləri auditoriyalardan, kafedralardan, ən yaxşı halda universitetin divarlarından, Azərbaycan alimlərinin səsləri isə akademiyanın monolit divarlarından uzağa getmir. Bir sözlə, özümüz deyib özümüz eşidirk. Üstəlik, az-çox sözün düzünü danışanın, opbyektiv və vicdanlı olanın da ağzının üstündən vuraraq deyirik ki, buna da şükür elə. Bundan da pis ola bilər. Təbii ki, bu zavalılıqdır, köləlikdir.
Ona görə də, bu gün Azərbaycan müəllimi, ziyalısı, alimi istər mənəvi, istərsə də maddi baxımdan lazım olan mövqeyindən qat-qat aşağıdır. Amma bunda özünün də günahı az deyildir. Buna səbəb də mütiliyi, qorxaqlığı, cəsarətsizliyidir ki, Azərbaycan müəllimini, alimini və ziyalısını divara dirəmişdir. Bundan çıxış yolunu, yəni haqlı tələblərini irəli sürüb onu əldə etməkdənsə, Azərbaycan müəllimləri, alimləri və ziyalıları başqa yollar axtarmalı olurlar. Bu gün əksər müəllimlər rüşvətə, repititorluğa cəlb olunmaqla, əksər alimlər də kimlərəsə məqalələr, dissertasiyalar yazmaqla, ziyalılar da məddahlıqla «dolanırlar». Ayıbdır. Amma kimin üçün? Rüşvət almağa, məddahlığa,başqalarına dissertasiya yazmağa sövq edilən müəllimlər, ziyalılar, alimlər üçün, yoxsa onları buna sövq etdirən hansısa məmurlar üçün?! Təbii ki, ilk növbədə həmin məmurlar üçün ayıbdır. Çünki həmin məmurlar müəllimləri, ziyalıları və alimləri aşağılamaqla dövlətin imicini zərbə altına qoyurlar. Ancaq müəllimlərə, alimlərə, ziyalılara da ayıbdır ona görə ki, haqqını tələb etmək, olduğu yerdə olmaq, cəmiyyətin digər təbəqələrinə örnək olmaq əvəzinə “asan” yolu tuturlar.
Azərbaycan elm və təhsilninin səviyyəsinin hər il aşağı düşməsi, istedadsız “kadrlar”ın çoxalması, üstəlik bütün bunların rüşvət hallarının fonunda baş verməsinə görə kim və ya kimlər cavab verməlidir. Kim deyəndə nəzərdə tuturuq ki, bəlkə, buna görə yalnız təhsil naziri Mikayıl Cabbarov məsuliyyət daşıyır. Ancaq biz bilirik ki, eyni durumu keçmiş təhsil naziri Misir Mərdanovun dövründə də yaşamışıq. Hətta, onu da bilirik ki, Misir müəllim nazir vəsifəsindən uzaqlaşdırılmamışdan az öncə özündə “cəsarət” tapıb, orta məktəb müəllimlərinin aldıqları maaşlarının dözülməzliyini dilə gətirmişdir. Amma bu o demək deyil ki, Misir müəllim həmin “cəsarətli” fikirinə görə nazir vəzifəsindən uzaqlaşdırıldı. Çünki o, bu vəzifəyə gələndə də, gedən də bu işin bir parşçası olmuşdu. Yəni Misir müəllim özü də müəllimlərin dözülməz bir vəziyyətdə yaşamalarında pay sahibi olmuşdur. Təbii ki, Misir Mərdanov yalnız müəllimlərin dözülməz bir vəziyyətdə yaşamalarında deyil, eyni zamanda təhsil sahəsindəki bütün yarıtmaz işlərin də bir parçası olmuşdur. Burada orta məktəblərin təhsil səviyyəsinin aşağı düşməsindən tutmuş Ali məktəblərdə minlərlə savadsız tələbələrin artmasını göstərə bilərik. Indi həmin “tələbələr” müxtəlif sahələrdə “kadrlara” çevrilərək cəmiyyət üçün başağrısı olublar. Deməli, M.Mərdanov sadəcə, o vəzifəsindən uzaqlaşağcağını bildiyi bir zamanda özünü sığortalamaq üçün, bir neçə kəlimə dedi, bitdi. Əgər Misir müəllim dediklərində səmimi olsaydı, eyni düşüncələrini daha da detalı şəkildə cəmiyyətə çatdıra bilərdi. Amma bunun əvəzində keçmiş nazir, indiki direktor susmağa üstünlük verir.
Bu anlamda M.Mərdanovun postuna təyin olunmuş M.Cabbarovdan nə gözləyə bilərik, ya da gözləməyə haqqımız var mı?
Müəllim və alimlərin böyük hissəsi kredit girovundadır. Onları bu girovluqdan kim xilas edəcəkdir?! Bəlkə, Mikayıl Cabbarov xilas edəcəkdir, ya Akif Əlizadə?!
Müəllimləri və alimləri her yerdə alçaldırlar. Bəs onlar bunu görmürlərmi?
Buna şərait yaradanlar kimlərdir?
Müəllim və alimlərin, eyni zamanda tibb işçilərinin normal maaş almaları dogrudanmı dövlətin marağında deyil?!
Bütün bunlarta baxmayaraq yenə də müəllimlərə, alimlərə, ziyalılara (lap yaltaqları, riyakarları, savadsızları belə olsun) mənəvi və maddi baxımdan olan hörmətsizliyi başa düşə bilmirəm. Doğrusu, bunu qəbul edə bilmirəm. Qəbul edə bilmirəm ki, hər yerindən duran, amma cibində haram qazandığı 3-5 dolları olan müəllimə, alimə, həkimə, ziyalıya təhqiredici şəkildə baxır. Hansısa məmurlar və onların balaları haram pullara görə müəllimlərin, ziyalıların, alimlərin ümumiyyətlə insanların qarşısında at (avtomobil) oynadır, hoqqabazlıq edirlər! Hər halda bütün bunlar səbəbsiz ola bilməz!
Niyə?
Nə üçün?
Nə vaxta qədər?
Axı bu bizim dövlətdir.
Müəllimə, alimə, həkimə ilk növbədə dövlət sahib çıxmalıdır, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sahib çıxmalıdır. Məncə, dövlətin və onun rəhbərinin məddah, yaltaq, ikiüzlü ziyalılara, alimlərə, müəllimlərə deyil, vicdanlı, obyektiv alimlərə, müəllimlərə və ziyalılara ehtiyacı vardır.
Bu anlamda dövlət başçısı İlham Əliyev də maraqlanmalıdır ki, niyə görə Rusiyadan, Avropadan, ABŞ-dan gəlib Azərbaycanda dərs verən xarici müəllim bir qoşa saata görə 30-50 dollar, amma Azərbaycan müəllimi 3-5 dollar almalıdır! Niyə görə Avropadan, Amerikadan gələn alimlər, ya da alimciklər ən yüksək səviyyədə maddi və mənəvi hörmət gördüyü halda, ancaq Azərbaycan alimləri bundan məhrum qalmalıdırlar! Azərbaycan alimləri (söhbət alimlərdən gedir, alimciklərdən yox) xarici konfranslara, simpozumlara getməyə yol pulu belə tapa bilmədiyi halda, ancaq xarici alimlərə Azərbaycanda hər cür şərait yaradılmalıdır.
Cənab Prezident də bilməlidir ki, günümüzdə kim 200-300 dollarla ailə saxlaya, ya da ailə qura bilər. Əgər orta məktəb müəllimi bir saata görə bir-iki dollar, ali məktəb müəllimi (dosent, professor, fəlsəfə doktor, elmlər doktoru) 3-5 dollar alırsa, onlar necə ailə saxlasınlar! Dogrudanmı, Təhsil Nazirliyinin, AMEA-nın rəhbərliyinin bütün bunlardan xəbəri yoxdur, varsa bu haqda dövlət başçısını niyə bilgiləndirmirlər?! Bizlər hamımız rüşvətmi alıb, ya da ona-buna məqalə-dissertasiyamı yazıb, ya da səhərdən-axşama fərdi qaydada dərsmi verib, 2-3 universitetə qaçaraqmı, məddahlıqmı edərik ailə saxlamaq zorundayıq! Yəni yalnız vicdansızlıqlamı, oğurluqlamı, rüşvətləmi, haramlamı ailələrimizi saxlamalyıq!?
Axı biz 10-15 il bundan qabaqkı dövlət deyilik? Artıq dünyanın kasıb dövlətlərinə yardım edərək məktəblər, kimsəsizlər, mədəniyyət evləri tikir, varlı dövlətlərin isə muzeylərini, tarixi abidələrini təmir etdiririk. Belə olduğu təqdirdə, Azərbaycan müəllimləri və alimləri Rusiya, Avropa, Amerika müəllim və alimlərindən niyə aşağı tutulmalıdır?!
Bəlkə, Azərbaycan alimlərinin, müəllimlərinin intellekti, savadı onlardan azdır!…
Bəlkə, bizlər İnsan sortunun üçüncü-dördüncü sırasındayıq, onlar birinci!…
Bəlkə, yalnız hansısa məmurlarımız avropalılarla eyni sortdandırlar, bizlər yox!…
Bəlkə…,
Bəlkə…
conflict.az

Добавить комментарий


Срок проверки reCAPTCHA истек. Перезагрузите страницу.