Известная азербайджанская писательница Афаг Масуд направила российскому телеведущему Владимиру Познеру письмо в связи с озвученными им на Общественном телевидении Армении мыслями об азербайджанцах.
Автору передачи «Познер», транслируемой по Первому каналу ОРТ, Владимиру Познеру
Уважаемый Владимир Владимирович, хочу прежде всего отметить, что пишу вам искренне, от чистого сердца. Дело в том, что недавно я совершенно случайно наткнулась в социальных сетях на ваше высказывание о желании посетить исконно древний край Азербайджана Карабах, о том, что сердце ваше, наперекор азербайджанцам, принадлежит армянам и так далее.
Скажу откровенно, была неприятно удивлена, так как причину всей этой раздражительности так и не поняла. Сначала хочу, чтобы вы знали, что в Азербайджане вас ценили, думаю и по сей день ценят достаточно высоко и любят как талантливого, незаурядного человека, телеведущего, наделенного острым аналитическим умом, за умение четко и справедливо выявлять истину, давать верную оценку ситуациям и событиям. Думается также, и у вас не должно быть каких-либо негативных ассоциаций, связанных с Азербайджаном или азербайджанцами. В таком случае, мне не совсем понятны причины вашего неожиданно неуместного сарказма по поводу «господ азербайджанцев», или как вызывает у вас смех попадания в какой-то «черный список». Мне также непонятно реактивное заполнение социальных сетей этими неуместными высказываниями так, будто этим была совершена, чуть ли не триумфальная победа над Азербайджаном.
Мне также неясна причина столь демонстративного, по-детски наивного заявления о том, что ваше сердце принадлежит армянам. Извините за откровенность, будто это не вы, это не тот мудрый, бережно разбиравший слова и мысли Познер, которому мы верили, которого мы слушали, ценили и любили за его светлый ум, добрый нрав долгие-долгие годы.
Я не осуждаю вас, возможно, не было времени, или просто желания поглубже поинтересоваться историей Карабаха, название которого на азербайджанском означает «Черный сад», из-за его обильных, густых лесов, смотревшихся издали черными полосами. Может быть, не было возможности также просмотреть древние карты, близко ознакомиться с сотнями документов, подтверждающих неоспоримые истины и факты, затрагивающие историю Карабаха. Понимаю и то, что вы чрезмерно заняты – работа, творчество, встречи, поездки… Вы большая знаменитость, но, думаю, согласитесь со мной и в том, что никакие регалии не дают никому, и также вам, права, говорить с неким сарказмом о народе, имеющем глубочайшую историю и культуру, так поверхностно, демонстративно-несерьезно относиться к наболевшему его вопросу – вопросу украденных захватническим путем земель у азербайджанского народа, чье гражданское и человеческое право грубейшим образом попраны, чьи сотни соотечественников — женщины, невинные дети, старики зверски убиты теми же армянами, которым принадлежит ваше сердце, и сотни которых по сей день находятся в плену и подвергаются ежедневно пыткам и унижениям в том самом Карабахе, в котором вы так мечтаете побывать.
Увы, это не первая, думаю и не последняя потеря для нас в вашем лице. Видимо, человечество обречено барахтаться в волнах неумолимо ускоряющегося времени, словно молоко, сбивающееся в гигантском котле, разделяясь на масло и мутный осадок, оседающий на дно. За последние годы нам всем приходится быть свидетелями такого же оседания мути — умерщвленных при жизни, перемолотых, раздробленных в омуте беспощадного социума, поглотившего несметное количество светлых умов, одаренных, талантливых, величайших творцов письма, науки и искусства…
Берегите себя, господин Познер. Время беспощадно, и оно не прощает несправедливых.
Афаг Масуд, писатель (Азербайджан)
Tanınmış Azərbaycan yazıçısı Afaq Məsud, Ermənistan İctimai Televiziyasında azərbaycanlılarla bağlı səsləndirdiyi fikirlərə görə tanınmış Rusiya teleaparıcısı Vladimir Poznerə məktub ünvanlayıb.
Rusiyanın I Kanalında yayımlanan “Pozner” verlişinin müəllifi Vladimir Poznerə
Vladimir Vladimiroviç, Azərbaycanın qədim, əzəli torpağı olan Qarabağa getmək arzunuzu və qəlbinizin hər zaman ermənilərlə bir olduğunu bildirdiyiniz çıxışınızla təsadüfən bu yaxınlarda sosial şəbəkədə tanış oldum.
Mətləbə keçməzdən əvvəl istəyirəm biləsiniz ki, siz hər zaman Azərbaycanda istedadlı teleaparıcı, fərqli düşüncə sahibi kimi tanınmısınız, analitik təhlil qabiliyyətiniz, hadisə və situasiyalara təfsilatlı, dərin və ədalətli yanaşma tərzinizlə hər zaman azərbaycanlılar tərəfindən sevilmisiniz. Səhv etmirəmsə, sizin də Azərbaycan və azərbaycanlılarla bağlı elə bir probleminiz olmayıb. Lakin son günlər sosial şəbəkələrdə, az qala, Azərbaycan üzərində qələbə kimi yayımlanan “azərbaycanlıların qara siyahısı”na düşməklə bağlı sərgilədiyiniz acı ironiyanızın nədən qaynaqlandığı barədə xeyli düşünsəm də, bir şey anlaya bilmədim. Qəlbinizin ermənilərlə bir olduğunu uşaq cığallığıyla bəyan etməyinizin səbəbi də mənə qaranlıq qaldı. Bu, heç də həmin o “fərqli düşüncə”, “dərin və ədalətli yanaşma tərzi” sahibi olan Poznerin məntiqi, danışıq mədəniyyəti deyil. Sizcə, bununla azərbaycanlıları pərtmi etdiniz? Yoxsa, onları qəlbinizin ermənilərlə bir olması xəbəri ilə sarsıtdınız?
Sizi qınamıram, olsun ki, Qarabağın tarixi, mövcud qədim xəritələr, beynəlxalq ictimaiyyət tərəfindən qəbul və təsdiq olunmuş yüzlərlə sənəd, fakt və sübutlarla maraqlanmağa, bu məsələni araşdırmağa vaxtınız, ya həvəsiniz olmayıb. Həm də zaman sürətlənib, işləriniz çoxalıb, Ermənistanda kitabınız nəşr olunub, təbrik edirəm. Amma bütün bunlar, dünyaca məşhur teleaparıcı, yaxud yazıçı olmanız, daha hansısa məziyyətləriniz heç də bütöv bir xalqın sağalmaz yarası, dərdi olan ağrılı, taleyüklü məsələ ilə bağlı bu qədər səthi, qeri-ciddi münasibət sərgiləməyə, üstəlik, insan və vətəndaş haqları kobudcasına pozulmuş, getmək arzusunda olduğunuz torpaqlarında, həmin o Qarabağda minlərlə soydaşı – qadınlar, körpələr, qocalar amansızcasına qətlə yetirilmiş, bu gün də o torpaqda təhqir və işgəncələr dolu əsirlik həyatını yaşamağa davam edən azərbaycanlılara iztehza bildirmənizə əsas vermir. Qəlbinizin də kimlərlə bir olub-olmaması nə azərbaycanlıların qəlbində, nə də Qarabağ Həqiqəti məsələsində heç bir əhəmiyyət kəsb etmir, bilin.
Təəccüblü deyil, son illərin mistik zaman axını bəşəriyyəti, insanlığı içi süd dolu nəhəng çəni çalxalayantək çalxalamaqda, yağı yağa, qaymağı qaymağa ayırmaqda, bulanıq suyunu dibə çökdürməkdədir. Bu illər ərzində sizli-bizli nə qədər işıqlı ziyalının, ədalət və vicdan sahibinin həmin o bulanıq çöküntüyə qərq olub həyatın dibinə yuvarlandığının şahidi oluruq. Bu, bizi həm heyrətləndirir, həm kədərləndirir. İstedad, ədalət və vicdan sahibi olanların, ziyalıların, qələm və sənət adamlarının həyatın hansı döngəsindəsə sınıb, xırdalanıb sağ ikən yoxa çıxması, sosial-siyasi, maddiyyat məngənəsində əriyib-itməsi acı kədərdən savayı ayrı bir hiss doğurmur.
Lakin Zaman amansız, tarixi həqiqət, Haqq əbədi və dəyişməzdir, bilin.
Və nə Zaman, nə Haqq haqsızları bağışlamır, bunu unutmayın!
Afaq Məsud, Azərbaycan yazıçısı
Количество просмотров: 3 878