Azərbaycan dövlətinin Rusiyada diaspor siyasəti haqqında

«О диаспоральной политике Азербайджанского государства в России» (на азерб. языке)

Из книги «Модернизация общества в странах СНГ: банковско-экономические и социально-политические вопросы», Москва 2013г.  стр.57-61.

 

Əlyazma, Moskva, dekabr 2012 – ci il.

Bu siyasətin vacibliyi onun Azərbaycan dövlətinin təhlükəsizliyi və mütərəqqi inkişafı üçün böyük əhəmiyyət daşıması, Azərbaycan-Rusiya münasibətlərinin mühüm amili kimi çıxış etməsi şübhə doğurmur. Buna görə də bu siyasətin əsasları Azərbaycanın ümummilli lideri, Azərbaycan dövlətinin qurucusu H.Əliyev tərəfindən işlənib hazırlanması və həyata keçirilməyə başlanmasıdır. Bu siyasətin müvəffəqiyyətləri H.Əliyevin layiqli davamcısı, indiki prezident İ.Əliyevin həmin siyasətə sadiq olması ilə şərtlənir. Bu siyasətin elmi əsaslarının işlənməsində və həyata keçirilməsində ümummilli liderin sadiq silahdaşı, böyük alim, Azərbaycanda siyasi elitanın ağsaqqalı, prezident apparatının rəhbəri  R. Mehdiyevin böyük xidmətləri var. Bu böyük dövlət adamlarının onların məruzə və çıxışlarında böyük həcmli kitab və toplularında ifadə olunmuş fikirlərini çox qısa formada ümumiyyətləşdirsək çox sadə həqiqətlərin aydın ifadəsini görərik:

  • Azərbaycanın Rusiya Federasiyası ilə münasibətlərinin möhkəmləndirilmsli ölkənin təhlükəsizliyinin və mütərəqqi inkişafının cox mühüm şərtidir.
  • Rusiyadakı azərbaycan icması və Azərbaycandakı rus icmaları iki ölkə arasında əlaqələrin möhkəm körpüsü rolunu oynamalıdır. Bu iki icmaya Azərbaycan dövləti yetərincə dəstək verməlidir.
  • Rusiyadakı Azərbaycan icması təşkilatlanmalı və Rusiya cəmiyyətində əhəmmiyətli yer tutmalıdır.

Bu cür ideya, prinsip və göstərişlərlə ümummilli liderin, indiki prezidentin və prezident apparatı başcısının əsərləri çox zəngindir. Bu müdrik və praktiki siyasət əhəmmiyətli müddəaların hərtərəfli öyrənilməsi və geniş təbliğ olunması azərbaycan ictimai elminin və idealoji  orqanlarının vacib vəzifəsidir.

Böyük öndər bu siyasətn nəinki nəzərli-idealoji əsaslarını işləyib-hazşrlamış, habelə bu siyasəti gerçəkləşdirmək yönündə ilk ən lazımlı praktiki tədbirləri də həyata keçirmişdir. Prezident apparatında müvafiq bölmənin, diaspora ilə iş üzrə dövlət komitəsinin və nəhayət Ümumrusiya Azərbaycanlılar Konqresinin yaradılması bilavasitə onun adı ilə bağlıdır. Fikrimizcə bu qurumların bugünkü yarıtmaz işi ulu öndərin əziz xatirəsinə, onun ideyalarına çox böyük etinasızlığın açıq nümunəsidir.

Əvvəlcədən qeyd etməliyəm ki, bu qənaət və aşağıda yazcaqlarım uyğun dövlət orqanlarına və ÜAK-inin mərkəzi aparatına aid edilməlidir və regional bölmələrn böyük əksəriyyətinə aid edilə bilməz. ÜAK-dan  xeyli əvvəl yaranmış, sonradan onun sıralarına qoşulmuş regional təşkilatların əksəriyyəti bu gün də cox muvəffəqiyyətlə fəaliyyət göstərir, yerli icmalara böyük kömək edir, mərkəzi aparata müsbət təsir göstərməyə calışırlar. Astraxan, İvanova,Yekaterinburq, Celyabinsk və bir cox digər regional təşkilatların işi əsil fədakarlıq və müvəffəqiyyət nümunəsidir. Bunlara nisbətdə mərkəzi aparatın fəaliyyəti uğursuzluq və gözdən pərdə asmaq nümunəsidir.

Vaxtilə Rusiyada yaranan və fəaliyyət göstərən diaspor təşkilatlarının maliyyə, təşkilati və idealoji problemlərini yaxşı başa düşən H.Ə. Əliyev ÜAK-ın yaradılmasına qərar verdi. O regionlarda fəaliyyət göstərən sağlam təşkilatların konqres ətrafında birləşməsinə və Rusiyadakı azərbaycanlıların böyük biznesinin bu təşkilatın malliyyələşməsini təmin etməsinə nail oldu. ÜAK-nin I təsis qurultayında H.Ə. Əliyev bilavasitə iştirak etdi və öz müdrik çıxışında bu təşkilatın uzunmüddətli fəaliyyəti üçun yetərli olan proqram tapşırıqlarını verdi.

ÜAK-ın II qurultayında prezident İ.Əliyev Rusiya prezidenti V.V.Putinlə birlikdə iştirak etdi, təşkilatın müvəffəqiyyətli işi üçün ən vacib təminatı əldə etdi.

Uzunmüddətli dərin böhrandan sonra tələm-tələsik çağrılmış III qurultayda prezident apparatının başçısı R. Mehdiyev iştirak etdi və özünün dərin məzmunlu nitqində həm ümumiyyətlə diaspor siyasətinin cari vəzifələrini, həm də ÜAK-ın qarşısında qoyulan vəzifələrin ətraflı səciyyəsini verdi. Əfsuslar ki, qurultaydan sonra bu vəzifələrin icrası mümkünsüz oldu, ÜAK bir federal təşkilat olaraq tam iflasa uğradı və bundan sonra çox neqativ proseslərin şişib əndazədən çixması ilə nəticələndi. Səbəb qurultayda qəbul olunan təşkilati qərarların səhv olmasından, Rusiyadakı mövcud ictimai-siyasi və hüquqi durumun nəzərə almamasından, azərbaycanlıların milli və icma mənafelərinin  bir-neçə adamın qrup mənafeinə qurban verilməsindən  ibarət  idi.

Nəticədə Rusiyanın dövlət orqanlarının qurultaydan çox əvvəl ÜAK-nə qarşı irəli sürdüyü iradlar öz təsdiqini tapdı və daha qabarıq, daha kobud şəkildə üzə çıxdı. Bu iradların əsasları aşağıdakılardan ibarət idi:

  • Təşkilatın işinə Azərbaycanın dövlət orqanlarının birbaşa müdaxilə etməsi;
  • Təşkilatın maliyyələşməsində Azərbaycan dövlət orqanlarının iştirakı;
  • Təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinin qeyri-şəfvaf olması;
  • Təşkilatın mərkəzi aparatında azərbaycan vətəndaşlarının coxluq təşkil etməsi;
  • Təşkilatın Rusiyanın uyğun dövlət orqanları ilə münasibətlərə biganəliyi.

Azərbaycandan gəlmiş prezident apparatının və diaspora ilə iş üzrə dövlət komitəsinin işçilərindən ibarət desantn çox operativ bir surətdə qurultayı hazırlayıb keçirməsi, təşkilatın nizamnaməsinə Rusiya qanunlarına uyğun olmayan dəyişikliklərin qəbul edilməsi, Azərbaycan Respublikasının vətəndaşı Mikail Hüseynovun təşkilata real başçı təyin edilməsi, Rusiya dövlət orqanlarinin səbrini son həddə çatdırdı. Bu cür dəyişikliklərin Rusiyada xaricdən maliyyə dəstəyi alan ictimai təşkilatların fəaliyyətini məhdudlaşdırmağa yönəlmiş qanunun geniş müzakirə və qəbul olunduğu bir zamanda həyata keçirilməsinin nə qədər böyük saymamazlıq, hörmətsizlik və sərişdəsizlik olmasını təsəvvür etmək çətindir. Ancaq bu cür diaspor siyasəti yürütməyin nəticəsi bu gün özünün çox əyani təsdiqini tapdı – qurultaydan keçən bir il ərzində təşkilat qeydiyatdan keçə bilmir və faktiki olaraq qeyri-leqal fəaliyyət göstərir.

Təəssüf doğuran budur ki, nə təşkilatın başında duranlar, nə də Bakıdan onu idarə edənlər yaranmış vəziyyətdən heç bir nəticə çixarmır, təşkilatın aktivinin tənqid və təkliflərinə məhəl qoymur, onun işini mövcud qaydalara uyğunlaşdırmaq üçun heç bir cəhd göstərmirlər. Əksinə kor tutduğunu buraxmayan kimi Rusiya dövlətinə, təşkilatın sıravi üzvlərinə, işlək regional bölmələrə, bütövlükdə Rusiyadakı azərbaycan icmasına meydan oxumada davam edirlər. Bodrumdakı yığıncaqda regional təşkilatlardan çox kəskin tənqid eşidən təşkilat rəhbərlərinin Moskvada 31 prezidium üzvündən 4-ün iştirak etdiyi bir yığıncaq keçirməsi və bu yığıncağı kvorum toplamış leqal prezidium iclası adlandırması hansı məntiqə, hansı ölçüyə, hansı qaydalara sığır?! Belə bir şəraitdə Diaspora ilə iş üzrə dövlət komitəsinin sədri N.İbrahimov bəyanat verir ki, ÜAK cox yaxşı işləyir və rusiyada digər qurumların mövcudluğuna  hec bir ehtiyac yoxdur.

Bir il ərzində dövlət qeydiyyatından keçə bilməyən, bir dəfə də olsun prezidium iclasını toplayıb iş planı təsdiq edə bilməyən təşkilatın hansı işi görəsən Diaspora İlə İş Üzrə Dövlət Komitəsinin başçısı Nazim İbrahimovu razı salır? N.İbrahimov və digərləri bilməlidirlər ki, bu cür iş Rusiyada azərbaycan icmasını qətiyyən razı sala bilməz. Belə hesab edirəm ki, dünya azərbaycanlılarının III qurultayında diaspor təşkilatların qarşısında konkret vəzifələr qoyan, Rusiyada diaspor təşkilatlarının işindən narazılıq bildirən Prezident İ.Əliyevi bu cür iş qətiyyən razı sala bilməz.

Acınacaqlı bir halldır ki, çox böyük maliyyə imkanlarına malik, bir neçə iri təşkilatı olan Rusiyadakı Azərbaycan icması ölkənin paytaxtı Moskvada milli mədəniyyəti və dəyərlərimizi qoruyub saxlamağa xidmət edə bilən hər hansı bir sosial obyekt qurub-yarada bilməmişdir. Vaxtilə professor Tofiq Məlikovun Moskva hökümətindəki nüfuzu hesabına yaradılmış və Aidə Quliyevanın fədakarlığı hesabına 15 il fəaliyyət göstərmiş 157 saylı azərbaycan etno-kultur komponentli orta məktəb Moskva təhsil deportamenti yeni rəhbərliyinin qərarı ilə bu ildən ləğv edilib qonşu məktəbə birləşdirilmək qorxusu altındadır. Azərbaycanın Rusiyada cox böyük hörmətə malik səfiri Polad Bülbüloğlunun işə qarışması hələlik bu qərarın icrasına mane oldu. Sonrakı perspektiv isə sual altındadır.

Beləliklə “Ocaq” Moskva Azərbaycan mədəniyyəti cəmiyyətinin yaranması ilə 24 il öncə təşkilatlamağa başlamış, Azərbaycanlıların Rusiyada federal milli mədəni muxtariyyəti AZERROSUN yaradılması ilə 14 il öncə federal masştaba cıxmış Rusiya azərbaycanlıları icmasının bu gün nə uşaq bağçası, nə məktəbi, nə mədəniyyət mərkəzi, nə universiteti, habelə qəbrəstanlığı belə yoxdur. İrili-xırdalı iş adamlarının, regional bölmələrin 12 il ərzində ÜAK-ın mərkəzi apparatı üçün topladıqları böyük pullar, Azərbaycandan az-çox daxil olan yardımlar isə bu problemlərin həllinə yönəldilməmiş, adları icma aktivinə məlum olan  bir-neçə adamın şəxsi bizneslərinin yaradılması və genişləndirilməsinə, vəzifə pillələrində yüksəlməsinə, siyasi ambisiyalarının reallaşdırılmasına  xərclənmişdir.

Rusiyada ən böyük icma təşkilatı ÜAK-ını  talan etməkdə, onun işinin pozulmasında müqəssir olan adamlar bu gün Azərbaycan mətbuatında Rusiyada Azərbaycan və Erməni icmalarının dinc birgəyaşayışını təmin etmək məqsədi ilə bu iki icma nümayəndələrinin görüşünü təşkil etmiş  Söyun Sadıqovun və Ara Abramyanın əleyhinə böyük  bir qaralama kompaniyası başlamışlar. Bu kompaniyanı onunla əsaslandırmağa çalışırlar ki, guya həmin görüş Azərbaycanın xarici siyasətinə ziyan vura bilər. Heç şübhəsiz  belə bir tədbirin Azərbaycanın Rusiyadakı səfirliyi ilə məsləhətləşmədən, görüşə dəvət olunmuş iştirakçılarla müzakirə etmədən, qarşı tərəfdən müəyyən qarantiyalari almadan keçirilməsi onu nəticəsizliyə düçar etdi və çjölu tənqidlərə əsas verdi. Əslində isə bu görüş bəhanə idi, hay-küyə səbəb tam başqa idi: bu “qoçaqlardan”  fərqli olaraq S. Sadıqov və A. Abramyan Rusiyada tikinti biznesində çox çətinliklə qazandıqları halal pullarını öz icmalarının, millətlərinin, tarixi vətənlərinin xeyrinə xərcləyirlər. Deməli S.Sadıqovla A.Abramyanın əsas günahı onların çəmiyyətə öz içmalarinin kasıb büdıəsinə göz tikənlərlə müqaisədə tamamilə əks bir nümunə göstərmələrindən ibarətdir.

Beləliklə Rusiyadakı azərbaycan icmasında və onun ətrafında cərəyan edən hadisələrin ən qısa şəkildə, ancaq obyektivliklə nəzədən keçirilməsi göstərir ki, Azərbaycan dövlətinin bu istiqamətdəki siyasətinin uğur qazanması üçün bu sahəyə münasibət köklü şəkildə dəyişdirilməlidir. Buna nail olmaq üçün ən azı:

  1. Rusiyada Azərbayçan içmasının ən böyük və ən imkanlı təşkilatı ÜAK mərkəzi aparatının ifliç vəziyyətə düşməsinin səbəbləri obyektiv şəkildə araşdırılmalı və bu zaman içma aktivinin tənqidi qeydləri xüsusi diqqətlə öyrənilməlidir;
  2. Bu araşdırma əsasında vəziyyətin bu həddə çatdırılmasının səbəbləri və səbəbkarları müəyyənləşdirilməlidir;
  3. İlk növbədə əlaqəli dövlət qurumlarında və ÜAK rəhbərliyində kadr heyətinin yeniləşməsinə ehtiyaç var;
  4. Ən başlıçası, içma təşkilatlarına qarşı münasibətdə ayrı-seçgiliyə son qoyulmalıdır. Digər içma təşkilatlarının ÜAK-ə birləşdirmək çəhdlərindən əl çəkmək, onların işinin Rusiya miqyasında koordinasiya olunmasına nail olmaq lazımdır.

Bu cür işin xeyrinə yaraya biləcək təkliflərin siyahısına Rusiyadakı Azərbayçan içmasının hər bir aktivi çoxlu sayda əlavələr edə bilər. Əsas çətinlik qabağa durub aqsaqqallık yükunü  boynuna götürənlərin öz məsuliyyətini necə dərk etmələrindən, uyğun dövlət qurumlarındakı çinovniklərin dövlət və millət qarşısındakı məsuliyyəti necə dərk etmələrindən ibarətdir.

Azər Səfərov

Добавить комментарий


Срок проверки reCAPTCHA истек. Перезагрузите страницу.