Türkiyə universitetlərində Qarabağ şəhidlərinin övladları üçün kvota ayrıldı

Vətən Müharibəsində şəhid olanların övladları Türkiyə universitetlərində pulsuz oxuyacaqlar. Virtualaz.org yerli mətbuata istinadən xəbər verir ki, Türkiyə Bursları üçün (təqaüd proqramı) şəhid övladlarının ödənişsiz təhsil almaları məqsədilə əlavə kvota ayrılıb.

Xaricdəki türklər və qohum toplumlar rəhbərliyinin (Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı) başçısı Abdullah Eren sosial şəbəkələrdəki səhifəsində bununla bağlı paylaşımlar edib.
Abdullah Eren bildirib ki, Qarabağda şəhid olanların övladları üçün kvota ayrılması qərara alınıb.  “Can Azərbaycanın Qarabağ zəfərində şəhid olan qəhrəmanların övladlarına Türkiyə təqaüd proqramında xüsusi kvota ayrılıb. Türkiyə hər sahədə olduğu kimi təhsil sahəsində də azərbaycanlı qardaşlarının yanındadır”,-Eren bildirib.
Təqaüd proqramları ilə Türk dünyası başda olmaqla dünyanın dörd bir yanından hər il minlərlə tələbəyə təhsil imkanları verilir. Türkiyədə təhsil alıb məzun olan tələbələr ölkələrində çalışaraq Türkiyə ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinə yardımçı olurlar.
Tovuz hadisələri zaman şəhid olan general Polad Həşimov da Türkiyədə təhsil alıb.
Türkiyədə təqaüd proqramı ilə təhsil almaq istəyənlər fevralın 20-dək müraciət etməlidirlər.

Добавить комментарий


Срок проверки reCAPTCHA истек. Перезагрузите страницу.