Hər kəsin üzərində olan borc — QARABAĞ MÜKƏLLƏFİYYƏTİ

Bir hərbi mükəlləfiyyət, borc anlayışı var. Hər kəs hərbi mükəlləfiyyətini , hərbi borcunu yerinə yetirməyə can atır, çalışır. Yəni əskərliyə getməyi , hərbi xidməti keçməyi özünə borc bilir.

Təbii ki, burda da istisnalar yox deyil. Bir qisim gənclər özləri hərbi xidmətdən yayınır və ya valideynləri müxtəlif yollarla onları hərbi xidmətdən yayındırılar. Bu kateqoriyaya daxil olanlar çox cüzidir , getdikcə azalır, hətta, deyəsən, yox dərəcəsinə çatıb. Qürurvericidir ki, ölkəmizdə əskərliyə getməyənlərə qarşı ciddi ictimai qınaq mühiti mövcuddur. Bunu yüksək dəyərlindərməliyik. Bu, demək istədiklərim deyil, demək istədiklərimə girişdi.
Yeni, 2019-cu ilin ilk günündə hərbi mükəlləfiyyt qədər vacib olan Qarabağ mükəlləfiyyətindən danışmaq istəyirəm. Yaşından, cinsindən, dinindən, siyasi mənsubiyyətindən, tutduğu sosial mövqeyindən, peşəsindən, sənətindən, yaşadığı yerindən , vətəndaşlıq mənsubiyyətindən asılı olmayaq bütün soydaşlarımız hərbi mükəlləfiyyət qədər, hətta ondan bir qədər də artıq Qarabağ mükəlləfiyyətinə yüklənməli, Qarabağın azadlığı üçün çalışmağı özünə borc bilməlidir.
Hərbi borcumuzu yerinə yetirərkən heç vaxt fikirləşməmişik , ətrafımıza baxmamışıü ki, filankəs əskərliyə gedir , ya yox, özümüzə borc bilmişik ki, gedib əskərliyimizi çəkək. İndi də heç kəsə baxmalı deyilik, prezident , nazir , deputat , sağımızda — solumuzda olan öz borcunu, Qarabağ mükəlləfiyyətini yerinə yetirir, ya yetirmir, hərbi borcumuzu yerinə yetirdiyimiz kimi, Qarabağ mükəlləfiyyətini də yerinə yetirməli, bu borcumuzu yerinə yetirdiyimizdən qürur duymalıyıq.
Bütün ermənilər deyirlər ki, Qarabağ məsələsini artıq bitirmişik, qalib gəlmişik, qələbəni əldən vermərik. Bütün ermənilər belə düşünürlər. Bizə hardasa salam deyən erməni də, salamı Qarabağı ermənilərin əlində saxlamaq məqsədilə verir , ona görə də salam deyən erməniyə də inanmayın.
Bizə dişini qıcırdan erməni eyni mədsədlə dişini qıcırdır ki, Qarabağdan əlinizi üzün. Bunlar onu göstərir ki, ermənilərin hamısı Qarabağ mükəlləfiyyətinə yükləniblər. Bizlər isə hələki yox. Dövlət rəsmisi deyirsə ki, 2019-cu ildə Qarabağ məsələsində «müəyyən irəliləyiş» ola bilər, deməli, hələ Qarabağ mükəlləfiyyətinə yüklənməyib. Necə yəni «müəyyən irəliləyiş»?
Torpağı işğalda olan dövlət rəhbəri əgər özünü Qarabağ mükəlləfiyyətinin daşıyıcısı hesab edirsə, dişimlə-dırnağmla yer eşəcəm, amma Qarabağı qaytaracam deməlidir. Deməli, hələ də Qarabağ mükəlləfiyyətinə yüklənməyib. Müxalifət lideri, ətrafında olanlar deyirlərsə ki, bu hakimiyyət getməsə, Qarabağ azad olmayacaq, deməli, bu insanlar Qarabağ mükəlləfiyyətinin nə olduğunu bilmirlər. Müxtəlif bəhanələrlə əllərini qoynuna qoyub baxanlar, kiminsə gəlib Qarabağı azad edəcəyini gözləyənlər də Qarabağ mükəlləfiyyətinə yüklənməkdən hələ çox uzaqdırlar. Vəziyyətimiz ağırdı, amma çıxılmaz deyil.
Çıxış yolu hər kəsin özündən başlamasındadır. Gəlin başlayaq , hər kəs Qarabağ mükəlləfiyyətini, Qarabağ borcunu yerinə yetirməyə başlasın.
Akif Nağı
QAT sədri. 01.01.2019.
moderator.az

Добавить комментарий