Ermənilərin ən böyük qələbəsi-Azərbaycan diasporunun durumu

Hollivud ulduzu Leonardo Di Kaprio 2016-cı ildə “Ermənistanın uşaqları” Fonduna 65 min dollar pul köçürdü. 

«Facebook» səhifəsində qeyd olunub.Belə ki, aktyor fondun təşkil etdiyi qala gecəsinə qatılıb və orada xeyriyyə məqsədi üçün satılan rəssam Joe Bradleyin əsərini 65 min dollara alıb.

Hər il keçirilən bu tədbiri Hollivuddakı və dünyadakı məşhur erməni ulduzların təşkil edir. Hər tədbirdə isə fondun büdcəsinə 3-4 milyon dollar vəsait toplanır.

Nyu-Yorkda, bəzən İrəvanda keçirilən tədbirə dünyanın ən məşhur ulduzları, iş adamları, ictimai-siyasi xadimləri dəvət edilir. Bir sözlə, dünyanın məşhurları guya Qarabağdan, Azərbaycandan, öz ata-ana torpaqlarından qovulan və müharibə nəticəsində ata-analarını itirən erməni uşaqlarına yardım edir və erməni nağıllarını həqiqət kimi qəbul edirlər.

Bu pullarla erməni uşaqları dünyanın ən yaxşı təhsil mərkəzlərində təhsil alır, Böyük Ermənistan layihəsinin sürətlənməsində yardımçı olmaq üçün bütün qüvvəsi ilə çalışır. Ermənilər hər il yüzlərlə belə tədbirlər keçirirlər və büdcələrini doldururlar. Bu pullarla ermənilərin dünyadakı diasporları daha da güclənir. Eyni zamanda Ermənistan büdcəsinə dollar axır. Bununla yanaşı torpaqlarımızı əlimizdən alan, Xocalı soyqrımını törədən ermənilər öz etdiklərini bizim adımıza çıxmaqla bütün dünyada məzlum və sülhsevər obrazlarını təqdim edirlər.

Bəs bizim diaspor fəaliyyətimiz büdcəmizə hansı vəsaitlərin axmasına səbəb olur və ya Qarabağ işğalını, Xocalı soyqrımını dünyada tanıdır?
Bizdə isə əksinədir. Azərbaycan dövlət büdcəsi hökumətin təşkil etdiyi müxtəlif diaspor komitələrini və cəmiyyətlərini maliyyələşdirmək üçün milyonlar ayırır. Bu cəmiyyət və təşkilatlarına başına yerləşdirilmiş, milli mənşəyi bəlli olmayanlar isə Azərbaycanın dövlət büdcəsini dağıdaraq öz bizneslərini qurmaqla məşğuldurlar.

Bəli, bu günə qədər Avropada Qarabağla bağlı bir dəfə də olsun beynəlxalq konfrans keçirilməyib. Azərbaycan torpaqlarının işğalından 26 il keçir.

Bu gun hər bir vicdanli soydaşımızı, Azərbaycanın dünyanın müxtəlif ölkələrində mövcud olan disporumuzun durumu ciddi maraqlandırmalıdır. Bu baxımdan disporumuzun həqiqi durumuna səthi yanaşsaq, diasporumuzu sovet vaxtında olduğu kimi kolxoz və sofxozların gününə salan yalan statistikalarla baş aldatsa, bu həm vətənə, həm də millətə xəyanət deməkdir.

Avropada yaşayan güneyli-quzeyli (buraya Türkiyədə yaşayan Azərbaycan türklərini də əlavə etsək) sayı bir milyondan da çox olan soydaşlarımız, hələ də böyük bir diaspor halına gələ bi.ci il.

2000-ci illerin evvellerinden Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsinə sədr təyin edilən Nazim İbrahimov bütün fəaliyyətini yalan məlumat yayaraq dövlətin ayırdığı maliyyə yardımını göyə sovurmaq missiyası üzərində qurdu.

On il ərzində Nazim İbrahimov adlı saxtakar milli faciələrimizdən mənfəət götürən dələduzlarla və onların yaratdığı ailə kommersiya cəmiyyətləri ilə əməkdaşlıq etdi. Azərbaycan dövlətinin büdcəsindən ayrılan vəsaitləri Azərbaycan xalqının qanını içməklə məşğul olan işbazlara xərclədi. Bu vəsaitlər isə Azərbaycan tarixini, Qarabağ işğalını, Xocalı soyqrımını, mədəniyyətimizi, qədim ata-baba yurdumuz olan və əlimizdən alınan torpaqların tanıdılması üçün ayrılmışdı.

Burada vicdansızcasına pul yumaq, kağız üzərində layihələr həyata keçirməklə dövlətin ayırdığı pulları mənimsəyən bu quldur dəstəsinin fəaliyyətini yoxlamaq üçün əslində hökumət xüsusi komisiya ayırmalı idi. Lakin bunu etmədilər. Çünki Nazim İbrahimov da digər cəmiyyət və təşkilat rəhbərləri kimi milli maraqlara deyil, yüksək çinli məmurların maraqlarına xidmət edirdi.

Axı bütün ətrafımız düşmənlərlə dolu olduğu bir dönəmdə niyə bizlər bu qədər yalnız və cılız görünürük? Axı biz niyə məzlum gündəyik?

Erməni lobbisinin hər fürsətdən yararlanıb bizə meydan oxuduğu məqamda biz niyə hələ də pərakəndəyik?
Utancverici hallardan biri isə bundan ibarətdir ki, Moskva kimi dunyada öz çəkisi və sözü olan bir şəhərdə Azərbaycan diasporuna erməni əsilli biri rəhbərlik edir.

Nə üçün başqa xalqların diaspor təşkilatları kimi birlik və bərabərlik içində görünmürük? Əslində biz birləşib, bir yumruq kimi hədəfə vurmağa çox gecikmişik. Bu gecikmənin acısını hər gün, hər an yaşayırıq.

29 ildir Avropada yaşayıram. Avropanı qarış-qarış gəzərək xalqımızı təmsil edən soydaşlarımızın müxtəlif təbəqələri ilə görüşlərim olub. Bu baxımdan güclu disporumuzun olmamasının törətdiyi faciəvi nəticəni sizlərə də göstərmək üçün bu yazını yazmağa qərar verdim.

– Öncə onu qeyd edim ki, təqribi hesabalamalarıma görə, Avropada soydaşlarımızın sayı milyon yarımdan çoxdur. Bundan əlavə, mühacirətə üz tutanların hamısından yurdsevərlik, dövlətmizə sədaqət tələb etmək doğru deyil. Soydaşlarımızın arasında elələri var ki, onların azərbaycanlı olmasından adam öz daxilində xəcalət çəkir.

Əlbəttə qürbət ölkəyə məcbur olaraq üz tutanların çoxunun intellektual səviyyəsi ürəkaçan deyil. Azərbaycandan son dövürlər Avropaya olan axına qoşulan soydaşlarımızın intellektinin getdikcə zəifləməsinin səbəblərindən ən başlıcası Azərbaycanda təhsil sisteminin bərbadlığı və sosial problemlərin artıq digər sahələri öz ağuşunda boğmasıdır.

Bu bir acı gerçəklikdir. Qürbətdə istənilən toplumun milli təşkilatlanma sisteminin iki üsulu var. Ya həmin xalqın arxasında mənsub olduğu dövlət durmalıdır, ya da xalqı təmsil edən aydınların, din xadimlərinin bu istiqamətdə mənəvi birlik üçün gördükləri fəaliyyətlər ortada olmalıdır. Min dəfələrlə təəssüflər olsun ki, xalqımızla bağlı bunların ikisi yox kimidir.

Ötən əsrin ilk çağlarında Avropada fəaliyyət göstərən azsaylı və barmaqla sayılası Azərbaycan diasporunun arxivləri ilə maraqlandıqda adamı heyrət götürür. Ac-yalavac bu insanlar Azərbaycan milli davasını necə də qürurla aparırmışlar. Məmməd Əmin Rəsulzadə, Əlimərdan Bəy Topçubaşlı, Ziyad Xan Xoylu, Ceyhun Hacıbəyli, Səmran Məmmədzadə, Məcid Musazadə, Ənvər Sultanzadə, Əli Aranlı, Əli Həsənzadə, Əhməd İbrahim, Kərim Aslanoğlu və digər onlarca sayda insanların adını çəkmək olar. Onlar kimsədən indiki dillə desək “qrant” ummadan Azərbaycanın milli varlığı üçün mücadilə aparmışlar.

Bu gün mühacirətdə xalqımızı təmsil edənlərin ictimai-sosial mənada baxışları bu gunlə səslənmir.
Biz 1990-cı illərin əvvəlində Polşada 50 il fasilədən sonra, Avropada ilk dəfə “Xudafərin” dərgisini təsis etməklə qürbət mətbuatını bərpa etdik. Dərginin saylarını dəyərli vətənsevər soydaşlarımızla qapı-qapı gəzib pulsuz yayırdıq.

O dönəmdə nə internet var idi, nə də milli təşkilatlarımız…Bu gün durum elədir ki, indiki internet çağında onun bütün imkanlarından yararlanaraq mühacirət və diaspor adına “virtual qəhrəmanlar”ın sayı yağışdan sonra göbələk kimi artmaqdadır.

Hərə öz partiya liderini və ölkədə yüksək vəzifə tutmus yüksək çinli məmuru rəhbər tutaraq guya milli diasporumuzu təmsil edirlər. Əsilndə isə dispor fealları yalnız və yalnız dövlətçiliyi və milli maraqları əsas tutaraq fəaliyyət göstərdiyi zaman uğur əldə edə bilər.

Halbuki, güneyli-quzeyli bir millət olmanın standartları ortaya qoyulmalıdır. Dəfələrlə bu barədə xüsusi toplantıların keçirilməsi Avropada “Azərbaycanın Dostları” cəmiyyəti olaraq təşəbbüslər irəli sürdük. Ölkə-ölkə gəzərək milli birliyimiz adına mühacirlərimizi Azərbaycan Respublikasını nəzərə alaraq iqtidara-müxalifətə bölmədən digər mədəni xalqlar kimi varlığımızı ortaya qoymanın yolları adına çoxsaylı təkliflər irəli sürdük. Məsələyə bu yöndən yanaşılmasını barmaqla saya biləcək insanlar dəstəklədilər.

Ürək ağırısı ilə qeyd edim ki, ermənilərin Avropa ölkələrində yüzlərlə qəzet və jurnalları çap edilir.
Azərbaycandan xarici ölkələrə üz tutan soydaşlarımız isə uzaqbaşı bir internet televziyası yaradırlar ki, orda da Qarabağ mövzusu qoyulmur, ancaq siyasi çəkişmələr və sifarişli mövzular müzakirə edilir.

Qürbətə yeni axının mənzərəsi

Qürbətə üz tutan insanların bu günkü mənzərəsi də acınacaqlıdır. Bəziləri Avropada özlərinə komfort həyat düzəni qurmaq üçün milli azlıqların hüquqları çərçivəsində “etnik separatizmi” müdafiə edirlər. Bəziləri Avropada yasamaq huququ əldə etmık üçün Azərbaycandakı hakimiyyətin əlehinə yalan və doğru, gecə gündüz təbliğat aparır, bəziləri özəl tv-lər yaradaraq yalnız milli birliyə zərbə vurmaqla, haqlı və haqsız, bilərəkdən və ya bilmədən milli maraqların əksinə və dövlətçiliyə qarşı fəaliyyətdə bulunurlar.

Hələ də Avropaya təzə ayaq açanlar bir milyon qaçıqnla bağlı, ermənilər tərəfindən işğal edilmiş torpaqlarımız haqqında hansısa addım atmağa maraqlı deyillər.

Əgər Azərbaycanda milli maraqlara söykənən islahatlar aparılarsa, diaspor anlayışımız da tamamilə yeni məzmun daşıya bilər. Azərbaycan hakimiyyətində erməni kökənli məmurlarının heç bir maniyə ilə üzləşmədən fəaliyyətlərindən ruhlanaraq, bəzi erməni kökənli və düşmən ölkəyə xidmət edən şəxslər diasporumuzda rəhbərliyə gətiriliblər. Bundan əlavə Diaspor Komitəsinin keçmiş rəhbərliyi uzun müddət təbliğat apardı ki, guya Avropada möhtəşəm Azərbaycan diasporu mövcuddur. Milli diaspor adına çox təəssüflər olsun ki, pərakəndəliyin əsil səbəbkarı adı çəkilən komitənin keçmiş rəhbəri Nazim İbrahimovun özü idi. Mən bu barədə on ildən də çox həyəcan təbili çalmışam. Bakıdakı yerli qəzetlər və internet saytlarında açıqlamalar vermisem, meqaleler yazmisam.

Sirr deyil ki, Azərbaycan dövlətində dərin strateji maraqları olan dövlətlərin Avropada qurduqları “Azərbaycan diasporu” adına milli təşkilatlanma siyasətində mənfi rolu az olmayıb. Bakıdakı bəzi oliqarxların saxtakarcasına öz xarizmalarını nümayiş etdirmək üçün Qərbdə yaratdıqları təşkilatlar bir fayda verə bilməzdi.

İndi Diaspor Komitəsinin yeni rəhbərliyinin onun da özündən öncəki rəhbərin cinayətinə bərabər səhvlərini düzəltmək məcburiyyətindədir.

Bu çətin, lakin şərəfli işin öhdəsindən gələcəyinə inanmaq istyirik.

Unutmaq olmaz ki, indi XX əsrdən fərqli olaraq XXI yüzilin şərtləri yeni məcrada inkişaf edir. Bu, dövlətləşmə və diasporların milli düsturla bütünləşməsindən ibarət olmalıdır.

Avropada türk disporu ilə münasibətlərimiz…

Qeyd edim ki, böyük ənənəyə malik olan türk diasporundan və onların mənəvi dəstəyindən bir vaxtlar çox yararlanmışıq.

Bu gün isə bu olduqca yaralı bir mövzudur.

Təxminən 2000-ci ilə kimi türk diaspor təşkilatları ilə qürur duyur və onların təcrübələrindən Azərbaycan cəmiyyətləri faydalanmağa çalışıb. Bunu unutmaq namərdlik olardı. Avropada “Azərbaycanın Dostları” cəmiyyətinin təməlini qoyanlardan biri əslən Gəncədən olan professor İrfan Murad Yıldırımın adını xüsusi olaraq çəkmək istəyirəm. İrfan bəyin Avropada Azərbaycana təmənnasız xidməti heç vaxt unudulmamalıdır. Ümumilikdə İrfan bəy kimi bir neçə dəyərli iğdırlı soydaşlarımızın adını çəkərdim, lakin qorxuram ki, kimlərisə unudam. Lakin bəzən İğdırdan da Azərbaycandan gələn dələduzlar və fırıldaqçılar kimi təhlükəli soydaşlarımıza rast gəlirik. Bu barədə sonra qeyd edəcəm.

Diaspor dələduzluğu və “Avropa Azərbaycanlıları Konqresi”nə qarsi səlib yurusu….

“Avropa Azərbaycanlıları Konqresi”nin (AAK) missiyası Avropadakı diasporla birlik içində olmaqla milli hədəflərimizi önə çəkməkdən ibarət idi.

2004-cü ildə yaradılan bu qurum əvvəl beynəlxaq tədbirlərdə istənilən effekti ortaya qoya bilməsə də, 1990-ci illərdən diaspor işində yetişib, bərkimiş və böyük təcrübə toplamış Sahil Qasımovun adı çəkilən Konqressə prezident seçilməklə təşkilatda canlanma yarandı. Təskilat qısa müddətdə Avropada bir çox irili- xirdalı təslilatlari etrafinda toplaya bildi.
AAK son illər Avropada bir neçə dövlət xadimləri ilə görüşlər təşkil edib. Ən ugurlu tədbirlərindən biri bu yaxınlarda İspaniyada 140 nəfərdən artıq erməni cinayətkarını həbs etdirən Kataloniya prokruru ilə AAK-ın keçirdiyi görüş çox təqdirə layiqdir.

AAK-da təmsil olunan insaların əksəriyyəti Avropa təhsili görmüş, bir-neçə xarici dil bilən intellectual soydaşlarımızdır. Bu isə diaspor işində çox vacib şərtlərdən biridir.
Ədalət naminə qeyd edim ki, biz Avropada Azərbaycanın Dostları Cəmiyyəti olaraq Sahil Qasımovun təşkilatımızın AAK-da təmsil olunmaq təklifini qəbul etmədik.

Biz Sahil Qasımovla uzun illər diaspora işində birgə fəaliyyət göstərmişik və Qarabağ müharibəsi ilə bağlı layiəhləri birlikdə həyata keçirmişik.
Lakin bizim Sahil bəylə həmişə fakir ayrılığımız olub və bu gün də var. Səbəb diaspora fəaliyyətində mənim qəbul etdiyim kriteriyalardır: Diaspor təşkilatı hansısa siyasi xadimin, siyasi partiya rəhbərinin mövqeyindən deyil, xalqın mövqeyindən çıxış etməlidir. Özü də iqtidar-müxalifət fərqi qoymadan.

Sahil Qasımov isə özünü YAP-ın Avropa Şurasının təmsilçisi kimi aparır.

Ancaq bütün bunlarla yanaşı Sahil Qasımovun xarici ölkə səfirliklərinin önündə təşkil etdiyi aksiyaları və bu yöndə uzun illər göstərdiyi fəaliyyətini danmaq olmaz.

Azərbaycan diasporasının Frenk El Kapone adlı rəzaləti

Diaspor Komitəsinin keçmiş sədri Nazim İbrahimovun AAK-a vitse-prezident kimi yerləşdirdiyi “Azərbaycan Birliyi” Cəmiyyətinin sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun sədri, Frenk El Kapone ləqəbi ilə tanınan Fizuli Məmmədovun “vətənpərvərlik” adlı şousu davam etməkdədir. Bəli, bu adamın diaspor fəaliyyəti ancaq şoudan ibarətdir. Əgər xatırlayırsınızsa, prezident İlham Əliyevin sərəncamına dəstək olaraq, Cocuq Mərcanlının bərpasına 3 milyon manat vəsait ayırdığını bəyan etmşdi. Lakin Frenk El Kapone kimi tanınan iş adamının vədləri hər zaman olduğu kimi yenə də şoudan başqa bir şey deyildi. Çünki o zaman günün mövzusu, həm Azərbaycanda, həm də bütün dünyadakı azərbaycanlılar arasında Çoçuq Mərcanlı idi. Frenk El Kapone də hər zaman olduğu kimi özünün qazanc mənbəyi olan vətənpərvərlik sousundan yararlanmağa can atdı və bunu bacardı. Cocuq Mərcanlıda tikinti və yenidənqurma işlərinin sona çatdı amma Frenk El Kaponenin bir qəpik xərclədiyini görən olmadı. Sadəcə məqamından istifadə edib xeyli şou göstərdi.

1963-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olan Fizuli Məmmədovun Rusiyada və bir çox xarici ölkələrdə fəaliyyət göstərən “Frend Fondu” indiyə qədər hansı azərbaycanlı tələbənin təhsil haqqını ödəyib və ya hansı Şəhid ailəsinə yardım edib? Bu heç vaxt olmayıb.

Amma Azərbaycanda pula satılan mətbuat orqanları və təmsilçiləri Frenk El Kaponeni Azərbaycanın milli qəhrəmanı etməyə cəhddə bulunmaqdadırlar.

Hazırda həm Rusiya, həm də İtaliya vətəndaşı olan F.Məmmədovun yarıtmaz əməlləri müzakirə edildi AAK-ın idarə heyətində müzakirə edildi və onu Konqresdən uzaqlaşdırdılar.

Söz yox ki, Füzulinin Azərbaycanda maliyyələşdirdiyi media qurumları bu olayı tamam başqa yöndən “işıqlandırmaqda» davam edirler…

Azərbaycan və Türkiyə diasporunun bütün dünyadakı çayxana, dəlləkxanası -Türk-Azərbaycan Kültür Dərnəyi

Amma buda son deyil, Avropada “Paragoz İlhan” ayamasi ilə tanınan İlhan Asqin çox fəaldır. O, azərbaycanlıların üz-üzə qoyulmasında və diasporamızın bu şəkildə çaxnaşmalarla məhv edilməsi işinə nəzarət etməkdədir.
Vaxtı ilə fəaliyyət göstərən Türk-Azərbaycan Kültür Dərnəyi

düz 10 ildən yuxarıdır ki, çayxana və dəlləkxanaya çevirən milliyyətcə qaraçı olan İlhan Aşkin köhnə bir qəbirsanlıqda “Xocalıda ölənlər”ə başdaşı qoymaq üçün 100 mindən artıq pul topladı.

“Xocalıda ölənlər” üçün başdaşı məsələsinə gəlincə, bu əslində diasporamızın bu günki durumunu ifadə edən ən düzgün məqamdı. İlhan Aşkın qəbirsanlıqda “Xocalıda ölənlərin xatirəsinə” yazılı kiçik bir başdaşı qoydurub. “Xocalıda ölənlər”. Bu adamlar ölüb, yoxsa öldürülüb? Bəlkə atdan yıxılıb ölüb? Axı niyə görə Xocalı soyqrımı ifadəsindən bu qədər qaçırlar? Ermənilər olmayan soyqrımlarını bütün dünyaya haray saldığı halda bizimkilərin “soyqırım” kəlməsindən qorxması anlaşılmazdır. Bu adamlar kimlərə xidmət edirlər? Bəlkə ermənilərə?

Bəli, 100 mindən çox pul toplandı və ortaya bu kiçik başdaşı olan “Xocalı abidəsi” çıxdı.

Ermənilər bu gün təkcə Hollandiyada 3-cü “Erməni soyqırımı” parkını salırlar. Bizimkilər isə 100 minə başdaşı qoyurlar.
Birincisi, İlhan Aşkın haqqında araşdırma aparılsa onun yüzlərlə cinayəti üzə çıxacaq.

Bu adam dəfələrlə Dərnəyin yerləşdiyi ofisin qapı pəncərəsini sındıtıraraq, ermənilərin hücumu şəklində təqdim edib və Azərbaycandan, Türkiyədən, eyni zamanda dünyanın bir çox ölkələrində yaşayan soydaşlarımızdan, Diaspor Komitəsindən pul toplayıb. Diaspor Komitəsi bir iki otaqlı dərnəyin ofisini düzəltmək üçün 30 min avro pul ayırdı.
Nümayişdə polisə yaxın yerdə qəsdən erməniləri təhqir etməklə polisdən inzibati cərimə alır. İnzibati cəriməni pulla ödədiyini aləmə car çəkir, soydaşlarımızdan və Diaspor Komitəsindən pul yığır.

Bu adam Azərbayanın yüksək çinli məmurları və bəzi millət vəkilləri ilə şəkillər çəkdirərək bu yolla iş adamlarından və soydaşlarımızdan pul yığır.

Bu günə kimi Qarabağ mövzusunda Avropada bircə dəfə də olsun beynəlxalq konfrans keçirilməyib

İndi Avropada XV əsr deyil ki, hər şey lider bölgə, tayfa çevrəsində idarə olunsun. Yaşadığımız sosiallaşma əsrində hər şey bərabərhüquqlu müstəvidə idarə olunur və öz çözümünü tapır. Nazim İbrahimov və komandasının yalançı fəalları biabırcasına təşkilatlardan, cəmiyyətlərdən qovulur.

Yəqin ki, İğdırlı soydaşlarımız özlərində cəsarət tapıb “Paragöz İlhan”a qarşı ölçü götürəcəklər.

Avropoada yüksək təhsil görmüş oğul və qızlarımız yetərincədir. Adını, soyadını belə yaza bilməyən, hər qazandan çıxan və daima diaspor fəallarımızın arasında düşmənçilik toxumu səpən İlhan Aşkınlara qətiyyən ehtiyacımız yoxdur.

Qeyd edim ki, milli təşkilatlanma və diaspor adına görəcəyimiz işləri sıfır nöqtəsindən başlamalıyıq. Bizim üçün ən böyük vəzifə Qarabağımızın azadlığıdır. İllərlə davam edən erməni ekspansionizminin qarşısı alınmalıdır. Diaspor təşkilatlarımızın üzərinə böyük məsuliyyət düşür. Dünyanın mədəni dövlətləri və xalqları bu gün “işğalçılıq” siyasətini müdafiə etmirlər. Bu gerçəkliyi əyani şəkildə isbat etmək üçün çalışmalıyıq.

Kitablar dərc etməli, filmlər çəkməli, rəsm sərgiləri açmalı, elmi konfranslar təşkil etməliyik. Bu günə kimi Qarabağ mövzusunda Avropada bircə dəfə də olsun beynəlxalq konfrans keçirilməyib. Avropada yaşayan bir milyondan çox soydaşımızı səfərbər edərək sülh yürüşünə və “occupation” (işğal) siyasətinə qarşı çıxmamışıq.

Yeni komitə rəhbəri püxtələşmiş kadrlardan təşkil olunmalıdır. 

Əgər milli hədəflər düzgün qurularsa, biz imkanlarımızı səfərbər edib əməkdaşlıq edəcəyik. Əsas hədəfimiz Qarabağın azad edilməsi istiqamətində olmalıdır. Qürbətdə iqtidar-müxalifət söhbəti olmamalıdır. Azərbaycan dövlətçiliyi və torpaqlarımızın bütövlüyü prioritetə çevrilməlidir.

Qürbətdə yaşayan soydaşlarımız dünyada yeni texnologiyaları mənimsəyərək onları Azərbaycanda tətbiq etmək istəyirlər. Dövlət Gömrük Komitəsi adlı dəhşətsaçan bir əjdaha qurum var. Nağıllarda olduğu kimi qarşılarına çıxanı div kimi udurlar. Bu komitə sərhədlərimizdə qarşılarına çıxandan dəyərindən on dəfələrlə yüksək olan rüşvət tələb edirlər. Şəxsən bu acı həqiqətləri özüm yaşamalı olmuşam. Gömrük Komitəsini tənqid edən çıxışlar etmişəm, məqalələr yazmışam. Hökumətə də müraciətlərim olub.
Diaspor Komitəsinin fəaliyyəti diaspor təşkilatları arasında koordinasiya qaydaları əsasında olmalıdır. Koordinasiya şəraitində milli hədəfləri ortaya qoymalıyıq. Azərbaycan adına qurulan hər bir diaspor təşkilatı bu yükün missiyasını və dəyərini bilməlidir. Bunlarla yanaşı Avropada Azərbaycan is adamalrının yetişməsinə hər yardım etməliyik.
Qoy bizim də milli burujaziyamız olsun. Artiq ermənilərin və gürcülərin belə iş adamları var. Nazim İbrahimovun ən böyük suçu feodalcasına özü kimi bazar təfəkkürü ilə diaspor siyasətini yürütməsi idi.

Yeni rəhbərlik gənclərdən ibarətdir. Bu o deməkdir ki, bu gənclər diaspor quruculuğu prosesində dinamik şəkildə fəaliyyət göstərəcəklər.

Dövlətçilik, milli maraqlar, vətən amili hər şeydən öndə dayanmalıdır. Bu yolda fəaliyyət göstərmək hər bir vicdanlı soydaşımızın müqəddəs borcudur.

Elman Mustafazadə
Avrpopada “Azərbaycanın Dostları” Cəmiyyətinin sədri

Добавить комментарий


Срок проверки reCAPTCHA истек. Перезагрузите страницу.