Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təbriki

Əziz həmvətənlər!
Sizi 31 dekabr “Dünya azərbaycanlılarının həmrəyliyi günü” münasibəti ilə təbrik edir, haminiza möhkəm can sağlığı, böyük ailə səadəti, çoxlu oğul-uşaq sevinci arzu edirəm! Arzu edirəm ki, gələn illərdə hər birimiz milli şüurun daşıyıcısına, milli qeyrətin ifadəçisinə, milli birliyin iştirakçısına çevrilək!

Zənnimcə ulu öndərimiz H.Əliyev bu günu təsis etmişdi ki, öz yurdundan aralı düşən insanlarımız ana torpaqla, qohum-qardaşla bağlılığı unutmasınlar, heç olmasa ildə bir dəfə də olsa özlərinin böyük bir xalqın nümayəndəsi olduqlarını, böyük mədəniyyətin varisləri olduqlarını yada salsınlar. Ona görə təklif edirəm bu bayramın adını dəyişək, onu “Dünya azərbaycanlılarının milli birliyi günü” kimi qeyd edək! Gəlin nəzərə alaq ri, “həmrəylik” öz kökünə görə türk sözü deyil. Digər tərəfdən, məzmunca yanlış idealoji çağırışa – eyni bir şablon fikrə tərəfdar olmağa təkid edir, işdə birliyin vacibliyini ifadə etmir. Axı mən Azərbaycan dövlətinin nüfuzundan qaznc məqsədi ilə istifadə edən, onu hörmətdən salan məmurla, və ya xalqimin müqəddəs adını alış-veriş palatkasına dəyişən icma xadimləri ilə necə həmrəy, həmfikir ola bilərəm? Bizim üçün lazım olan milli şüur, milli qeyrət və milli birlikdir! Odur ki, bu günü bayram kimi qeyd eləmək milli birliyə çağırış olmalıdır!
Bir daha özünü azərbaycanlı sayan, azərbaycan xalqı və azərbaycan dövləti ilə birliyə hazır olan, Azərbacan naminə irili-xirdalı faydalı işlər görən hər kəsi “Dünya azərbaycanlılarının birliyi günü” münasibəti ilə təbrik edirəm!
Belə bir əziz gündə özümə borc bilirəm ki, Rusiyada azərbaycan icmasının yeganə legitim ictimai təşkilatı olan Federal milli-mədəni muxtariyyəti AZƏRROS u ləğv eməyə çalışan və onu müdafiə etməyə qeyrəti çatmayan bir çox millət oğullarına 22 əvvəl yazdığım bir şeri təqdim edim. Bəlkə bu tənələr onların xəstə beyinlərində milli qeyrətin xırda bir cücərtisinin əmələ gəlməsinə kömək edə!

 

Bir cox millət oğullarına
Millət oğlu naxələflik qanında,
Gün gələr qanını axar görərsən.
Məşəqqət günündə haq hökmün alıb,
Cəhənnəm oduna yanar görərsən.

 

Qəlbində ilanlar xəbisdən xəbis,
Beynində şeytanlar, özünsən iblis.
Kür, Araz axsalar səni yumağa,
Ürəyin qarası edilməz təmiz.

 

Dosta etibarsız, qardaşa satqın,
Anaya, bacıya, sirdaşa satqın.
Vətən qeyrəti yox, milli hissi yox,
Obaya, torpağa, daşa da satqın.

 

Qulsan, qul oğlusan, qulluq xislətin,
Vəzifə, pul-para, budu minnətin,
Allahı  neylərsən, namus nə gərək,
Fərq etməz tapdandı papaq qeyrətin.

 

Kişilik bir ideal, daha tapılmaz,
Həmzələr coxalıb, Koroğlu qalmaz,
Oyan Dədəm Qorqud, gorun catlasın,
Obada bir başı papaqlı qalmaz!
Hörmətlə, Azər Səfərov.

Добавить комментарий


Срок проверки reCAPTCHA истек. Перезагрузите страницу.