AZƏRBAYCANDA HƏYAT KEYFİYYƏTİ – 2018

Bu kitab Azərbaycanın iqtisadi rayonlarında, respublika tabeli şəhərlərində və inzibati rayonlarında həyat keyfiyyətini müqayisəli şəkildə qiymətləndirmək məqsədi ilə AMEA İqtisadiyyat İnstitutunda gerçəkləşdirilmiş ilk tədqiqatın nəticələrini əks etdirir. Qiymətləndirmələr İnstitutun mütəxəssisləri tərəfindən hazırlanmış H ə yat Keyfiyy ə ti İndeksi (HKİ) əsasında aparılmışdır.
Tədqiqat ölkənin 8 iqtisadi rayonunu, həmin rayonlara daxil olan 61 respublika tabeli şəhəri və inzibati rayonu əhatə edir. Bu araşdırma və ümumən bu tipli bölgələrarası müqayisələr mühüm elmi-nəzəri məsələlərin həllinə kömək etməklə yanaşı, həm də ciddi praktik əhəmiyyət daşıyır. Onların nəticələri ölkə regionlarının sosial-iqtisadi inkişafı məsələləri üzrə praktik idarəetmə qərarlarının qəbul edilməsi zamanı, o cümlədən ayrı-ayrı bölgələrdə iqtisadiyyatın üstün templərlə inkişafı dəstəklənərkən, sosial-iqtisadi proqramlar tərtib edilərkən, müxtəlif rayonların inkişafına əlavə dövlət vəsaitləri ayrılarkən faydalı ola bilər.
AZƏRBAYCANDA HƏYAT KEYFİYYƏTİ – 2018  (PDF)

 

Добавить комментарий


Срок проверки reCAPTCHA истек. Перезагрузите страницу.