Аzərbaycan türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)

Faiq Ələkbərli. Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər). II hissə. Bakı, “Elm və təhsil”, 2020, 864 səh.
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərlinin (Qəzənfəroğlu) “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı monoqrafiyasının ikinci hissəsində XX əsr Quzey Azərbaycan Türk fəlsəfi fikrinin inkişaf yollarından və bu fəlsəfi fikrin tanınmış Azərbaycan Türk mütəfəkkirlərinin dünyagörüşlərindən bəhs olunur. Müəllif burada Quzey Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixinin inkişaf yollarını üç stiqamətdə təhlil etmişdir: 1) Milli-demokratik və siyasi-fəlsəfi ideya cərəyanları:
türkçülük/azərbaycançılıq, müasirlik və islamçılıq (Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, M.B.Məhəmmədzadə, Ü.Hacıbəyli, N.Yusifbəyli və başqaları); 2) Marksizm-leninizm ideologiyası: milli təmayülçülük və beynəlmiləlçilik (N.Nərimanov, S.M.Əfəndiyev, R.Axundov, H.Hüseynov, C.Nağıyev və başqaları); 3) Milli maarifçilik fəlsəfəsi: realizm və romantizm (C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, M.Ə.Sabir, H.Cavid, A.Şaiq, A.Səhhət, M.Hadi və başqaları).
Kitab Azərbaycan Türk fəlsəfəsi, mədəniyyəti, ədəbiyyatı və tarixi ilə maraqlananlar, eləcə də Azərbaycan Türk fəlsəfəsinin ÜmumTürk fəlsəfəsində yerini araşdıranlar və geniş oxucu kütləsinin faydalanması üçün nəzərdə tutulmuşdur.
 АZƏRBAYCAN TÜRK FƏLSƏFI VƏ ICTIMAI FIKIR TARIXI— (PDF)

Добавить комментарий


Срок проверки reCAPTCHA истек. Перезагрузите страницу.