Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına müraciət
Biz Rusiya Fedarasiyasında yaşayan azərbaycanlılar tarixi vətənimiz Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlara sevinir, Sizin həyata keçirdiyiniz daxili və xarici siyasəti dəsdəkləyirik.Son zamanlar Azərbaycanın ictimai-siyasi həyatında gerçəkləşdirdiyiniz islahatları təqdir edir, bu islahatlarda xalqın istək və arzularının bütünlüklə nəzərə alınacağına inanırıq. Bu qəbildən ölkədə keçirilən parlament seçkilərinə də ümüdlə baxır, indiki mürəkkəb beynəlxalq şəraitdə ölkənin qanunvericiliyini təmin edən, davamlı inkişafına şərait yarada bilən, əsil yaradıcı ziyalılardan ibarət yeni ruhlu parlamentin formalaşdırılacağını əminliklə gözləyirik. Biz Moskva şəhərində fəaliyyət göstərən Rusiyanın azərbaycan icması fəalları dəfələrlə Qarabağ Azadlıq Hərəkatının Sədri, vətənpərvər ziyalımız Akif Nağı ilə keçirditimiz görüşlər zamanı onun dövlətçiliyimizə sadiq, ədalətli, qanunpərəst olduğunu və işğal altında olan Qarabağın azad olunması yolunda davamlı fəaliyyəti ilə müstəqil Azərbaycanımıza gərəkli olmasını özümüzə təsdiq etmişik. Bizim icmanın üzvüləri yeni seçiləcək parlament deputatları arasında Qarabağ azadlıq Təşkilatı nümayəndələrinin, bu təşkilatın sədti Akif Nağının da təmsil olunmasını istəyir və ümüd edir ki, Qarabağın azadlığı üçün dövlətlə cəmiyyətin, iqtidarla müxalifətin, habelə Azərbaycan vətəndaşları ilə xaricdə yaşayan azərbaycanlıların birləşdirilməsi prinsiplərindən çıxış edən QAT sədri Akif Nağının yeni parlamentdə təmsil olunması Azərbaycanda vətəndaş həmrəyliyinin möhkəmlənməsinə müsbət təsir göstərər, Qarabağın azad olunması işində Azərbaijan parlamentinin güclənməsinə xidmət edər.
Предыдущий пост: Александр Городницкий: Наиболее важнейшей формой диалога культур Азербайджана и России является поэтический союз
Следующий пост: Мугамный центр представит новый проект