Araz İmanov Şuşadakı Çətir şəlaləsinin ən yeni görüntülərini yaydı

Xarici İşlər Nazirliyinin əməkdaşı Araz İmanov Şuşadakı Çətir şəlaləsinin yeni görüntülərini yayıb.
Sfera.az xəbər verir ki, nazirlik rəsmisinin paylaşdığı videoda Daşaltı dərəsində yerləşən Çətir şəlaləsinin əsrarəngiz görüntüləri yer alıb.
Qeyd edək ki, sözügedən şəlalə el arasında suyun yaratdığı nadir səsə görə «Şır-şır” şəlaləsi kimi də tanınır. Şəlalədən axan su Daşaltı çayına tökülür.

 

İnci: Sfera.az

Добавить комментарий


Срок проверки reCAPTCHA истек. Перезагрузите страницу.